Söhbət

— Necə yaşayırsınız? — zəng edib soruşurlar.
— Arvadım işə gedib. Oğlum da ki, bağçada.
Heç nə fikirləşmirəm. Gözləyirəm zəng olar.
Eləcə oturmuşam, bürünmüşəm xalata.

 Bəs sizdə? Sodomdumu? Yenədəmi mərəkə?
— Bizdə də, — söyləyir o, — yaxşılıqdı əvvəla.
Ərim gedibdi. — Hara? — Bu dəfə üzü Şərqə.
Mən isə oturmuşam, bürünmüşəm dəsmala.

 — Nədəndisə, evləri qızdırmırlar son vaxtı.
Qənaət eləyirlər yəqin bayramqabağı.
Elə bil qarğıyıblar bu ömürü, bu baxtı,
Çoxdandı üzüm gülmür, açılmır qaş-qabağım.

 — Biz də eləyik, — deyir, — heç qırışıq açılmır.
Ya ömür elə buymuş, axıb gedir göz görə.
Ya da başqa səbəb var. Baş çəkərdim... alınmır...
Sonrası pis olacaq. — Buna görə öpürəm.