Minusinskdə qış
Bu yasəmənli qarlar diyarına geri dön,
O mürgülü həzzinə qayıt köhnə məkanın.
Speranskini* yad et, eybi yox, xoş olmasın —
Və taxta lojasını qəribə massonların.
Dön, bu qara çayları doldur damarlarına,
Arağı da qat ona və inandır böyüsün
içindəki təkəbbür — imperiyavaridir,
Tarixin yaddaşında qırğızı vəftiz edir.
Qorun kar ulduzlardan, bağla pəncərələri
Şirəli bolluğunda meşə gilaslarının.
Yaz, qələmin də dadsın bəhməzini əncirin,
Əsirlər əkmişdilər bu torpaqda onları.
Yarımçəhrayı rəngdə kənarda donub qalan,
Şaxta, sazaq qurbanı, təxliyyəyçün ayrılan
Üstünü sarı-sarı qırov örtmüş nə görsən —
Hamısını isit sən əllə, dillə, nəfəslə.
Xumarlıqdan — o saxta sərxoşluq qürurundan
Gəl, bu gecəyarısı bir sərsərini qurtar.
Qoy roma üslubunda sıra sırsıralar da
Həkk olsun yaddaşına, qalsın o qətranlı qar.
Axı bir az kənarda şamlar sayrışır yenə
Yelə, tanış küləyə ləzzətlə sarılıbdı.
Sanki köhnə inanca sadiq bir yeniyetmə
Qısadalğalı səsə, radioya qurşanıbdı.
Bir az uzaqda çovğun, külək dəhşətlə əsir,
O vurnuxur zibilli şəhərdə, iş başında.
Savaşı kim uduzsa, əzib xəritəsini
Büküb qom edəcəkdi yanvarda, il başında.
Bu buz sazaq uzanar müqəddəs yürüşədək**,
Sonra da mart yetişər, dirçələr xoş şüarlar.
Müqqəddəs Pasxa ilə Sibirin arasında
Nə üçüncü qüvvəyə, nə də boşluğa yer var.
* Qraf Mixail Mixayloviç Speranski (1772—1839) — rus dövlət və ictimai xadimi, islahatçı.
** Pasxa yürüşü nəzərdə tutulur.