Noyabrdır, diri hələ...
* * *
Noyabrdır, diri hələ
su donmayıb gölməçədə.
Yaxın gəl, bura yaxşıdır,
söykən mənə, qorxma belə.
Basıram suyun altına —
dolanıram dayaz sahil xəttini,
su üstündə yarpaqların səthinə
ehmallıca batırıram əlimi.
Xırda-xırda daşcıqları sayıram:
üç, dörd...
(Axıb sulara qovuşur ovcumdakı
qara-qara damlalar)
Daşcıqların üçü sənin, əzizim,
dördüncünü özümə saxlayıram.
Ya da elə bunu da al, al götür,
Sənə bunlar lazım olar, bilirəm.
Ayrılırsan məndən, yüngül dibsizliyə enirsən,
dibsizlikdə hər çəki
xəzinədir.
Noyabrdır, diri hələ
su donmayıb gölməçədə.
Yaxın gəl, bura yaxşıdır,
söykən mənə, qorxma belə.
Basıram suyun altına —
dolanıram dayaz sahil xəttini,
su üstündə yarpaqların səthinə
ehmallıca batırıram əlimi.
Xırda-xırda daşcıqları sayıram:
üç, dörd...
(Axıb sulara qovuşur ovcumdakı
qara-qara damlalar)
Daşcıqların üçü sənin, əzizim,
dördüncünü özümə saxlayıram.
Ya da elə bunu da al, al götür,
Sənə bunlar lazım olar, bilirəm.
Ayrılırsan məndən, yüngül dibsizliyə enirsən,
dibsizlikdə hər çəki
xəzinədir.





