Süpürən görəcəksən yerdən bəmbəyaz qarı...
* * *
Yevgeni Reynə
Süpürən görəcəksən yerdən bəmbəyaz qarı
Yenə Timoşkinoda zəhmətkeş özbəkləri.
Çovğun Krasnoqorskdasa nə bitir, nə dayanır,
Ney səslənir, dəyişmir qışın “soundtrək”ləri.
Rusiyanın özütək bu nəğmələr tənhadı,
Budur ana dilimdə mən deyirəm “veri qud”.
Qartək kəpənəkləri yerə yağdırır Tanrı,
“Nöqtə-nöqtə-ru”ya da yazmağa kimsə yoxdu.
Nə də ki cəhənnəmə adam var yollamağa,
Özünü də dalınca. Qış da vəhşidir sanki,
Sanki sayıqlamada; bu dili anlamağa
Ölüm, sonsuzluq aciz və çox qorxur inan ki.
Axşama doğru həyat hər şeyi aşkarlayır:
Dünənki sevgi ilə yeni sürət dövrünü.
İşıqlar öləziyir, dünyada nur azalır,
“Saundtrək” də bitir, başa vurur ömrünü.
Şair necə demişdi — səsini oğruların
boğan həmin döngədə yavaşıyır həyat da.
Ağ suvaqla suvanıb mənim çin yuxularım,
Səma poçtuyla gəlib mələk ilə, qanadda.