Varşava. Yaşıl svyatka

Belov süzür, Ştokman məsləhət verir, amma...
Gətirəkmi, neyləyək..? Bu gün Yaşıl svyatkadı*. Apteklər
Də bağlıdı Varşavada bu günlər. Hərçənd mey və meyxana
Doludur, Marşalkovskda çoxdu sərxoş gəzənlər.
Göbələktək artıbdı kafelər Varşavada Şopen sədalarıyla,
Bu gün katoliklərin sarsılmaz kilsə kimi
UNO ilə dopdolu göy üzünün altında “Soplitsa”nı dadmamaq
Axmaqlıqdı, absurddu, sərsəmlikdi!

Kim deyibdi bu sözü? — Rujeviç, yoxsa Tuvim?
Bəlkə də Qalçinski. Yaşıl pivədən şövqlə yazırdı Konstantı...
Mən də axı (nə dəxli), bir zaman gəncdim, deyim,
O qədər vurmuşam ki, qırmızı bayraq altda.
Üzürlər o tərəfə qırmızı tramvaylar —
“Tramvay vişnəsi”ni yaradıb orda Osip.
Kilsələrdə kəcəvər qoxusu var və sarsaq
Bir qafiyə əl çəkmiir — “ölüyə nə gərək ip”.

Hər şey, hər yer bayramdı, bayramdı, olsun, neynək?
Bayramlardan heç cürə göz açmır ki, sakinlər.
Kilsədə yuva quran — gözlə görünən mələk
Heç qırpmır gözlərini, çox bilir şairlərdən
Möcüzə barəsində. Şopenin kafesinə
Yenə şairlər gəlir. Şütümənin, siqnalın sədaları altında
Oxumağın, susmağın içirəm şərəfinə,
Bəlkə, kitab da doğdu bu sükutdan vaxtında.