Yevgeni Çiqrin

1961-ci ildə Kirovoqrad vilayətinin (Ukrayna SSR) Mala Viska şəhərində anadan olub. “Təqibçi” (2012), “Yatmayan körfəz” (2014), “Sualtı şar” (2015) və “Görünməz bələdçi” (2018) kimi dörd şeir kitabının müəllifidir. Rusiya və beynəlxalq poeziya festivallarının iştirakçısıdır. Şeirləri bir çox Avropa və Şərq dillərinə tərcümə edilib, Polşa, Ukrayna və Serbiyada ayrıca kitab şəklində nəşr olunub. Saxalin Mədəniyyət Fondunun mükafatına, “Artiya” beynəlxalq mükafatına, Konstantin Simonov adına mükafata, Arseni və Andrey Tarkovskilər adına beynəlxalq mükafata (Ukrayna), “Qorki” mükafatına, Pavel Bajov adına Ümumrusiya ədəbi mükafatına, “Qızıl Delviq” mükafatına, Sergey Aksakov adına mükafata və s. layiq görülüb. Beynəlxalq PEN-klubun və Moskva Yazıçılar İttifaqının üzüdür. Moskvada və Moskva yaxınlığındakı Krasnoqorskda yaşayır.

Tənqidçi Pavel Basinski onun barəsində belə yazır: “Çiqrinin öz poetik mövzusu, hətta öz poetik “coğrafiyası” var. Şərq, Hindistan, Krım... Şeirləri Şərq günəşi kimi, Krım şərabı kimi ağır, sanballıdır. Virtuoz şeirlərdir...”