Yevgeni Vodolazkin
Yevgeni Germanoviç Vodolazkin (1964) — nasir, filoloq, ədəbiyyatşünasdır. “Böyük Kitab” (2013), “Yasnaya Polyana” (2003) və “Aleksandr Soljenitsın” (2019) mükafatlarının qalibidir.
Kiyev şəhərində anadan olub. T. Şevçenko adına Kiyev Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. Elmi maraq dairəsi əsasən Qədim Rus tarixi mətnlərini, əski dini təfsirləri əhatə edir. 100-dən artıq elmi əsərin müəllifidir. “İqor polku haqqında dastan”a dair ensiklopediyanın və “Qədim Rus ədəbiyyatı kitabxanası” seriyasının yaradılmasında əməyi var. Sankt-Peterburq və Münhen universitetlərində mühazirələr oxuyub.
Nəşr olunmuş ilk romanı “Solovyov və Larionov”dur. 2013-cü ildə “Dəfnə” romanı iki nüfuzlu mükafata layiq görülüb. “Aviator” romanını da oxucu auditoriyası yüksək qiymətləndirib.
Y. Vodolazkinin yaradıcılığı rus dini-psixoloji nəsrinin köklü ənənələri ilə yüksək filoloji mədəniyyətin üzvi vəhdətini əks etdirir.