İndi səbirdən başqa nə edə bilərik ki...

* * *

İndi səbirdən başqa nə edə bilərik ki,
nə vardısa sovurub aparır vaxt qum kimi.
Səhrada güc toplamaq, daşı yığmaq vaxtıdı.
İndi söyləsən qayıt, özünə gəl, toparlan,
içərində böyüyən yaşıl ağaca boylan —
deyərəm, çox çətindi, deyərəm ki, ağırdı.

Məni torpağa basdır, qoru körpə pöhrəni,
burda çox sərtdi torpaq — bir qumdur, bir qranit.
Sən bu qurumuş narın kölgəsində oturub
dərərsən budaqlardan ötüb keçən günləri,
yadına düşər ömrün o xoşbəxt, şən günləri.
Xatırlayıb yeyərsən tezcənə, oğrun-oğrun.

Gör nə qədər gecikmiş işlər qalıb qarşıda,
amma hardan öyrənək səssiz gəzməyi suda?
Necə içək küsünü sonacan ki, ağzımız toxunmasın,
dəyməsin yağının üst-başına — o ki çox yaxındadı,
yenə güləcək bizə — təlxəklik canındadı.
Necə böyüyək, bizi çətinliklər qırmasın?