Lvovun bazarında ağılsız bir qoca var...
* * *
Lvovun bazarında ağılsız bir qoca var,
gülərək, ağlayaraq guya ki, kaman çalar.
O xəyali kamanda nəğmələr çalar səssiz,
bir oğlana arabir nəzər salar səbəbsiz.
Bu yerlərdə qocanı səfeh zənn edir hamı,
onu bu vaxta qədər kamanla görən hanı?
Tezliklə yox olacaq, amma qırx ildən sonra
həmin sirli kamanda oğlan üçün çalacaq.
Uşaqlıq yuxusundan ayılıb qoca bildi,
nə nəğmə var, nə kaman yeni dünyada indi.
Amma getmir: bu dünya deyil onun vecinə,
o görünməz bir şeyi alıbdı sol çiyininə.