Yanan gicgahların üzərində buz...

* * *

 Yanan gicgahların üzərində buz,
kağız divarların dalında od var.
Bircə teldən asılıysaq əgər biz,
mənə əzab vermə, bağışla nolar.

 Daş çəpəki uçur göyün üzündən,
alov da duanı kəsir yarımçıq...
Kim ki, nazik tükü tutub əlində
O biri əlində ülgüc var açıq.