Sahil
Fosfor kimi parıldayır xəfifcə
Ətrafdakı qayaların çatları.
İlbəildi çoxalır bircə-bircə,
Yerin qədim layı kimi qabarır.
Onların da harayı, pıçıltısı
Şikayətə dönür hər dinləyəndə,
Və həsrətlə cilalanıb hamısı
Əsrlərdi köhnə ləpədöyəndə.
Mən taktika tərəfdarı deyiləm,
Sığınmaq da Yerə ağlımdan keçmir.
Kəhkəşandan baxsaq — fikirləşirəm —
Bura ordan daha aydın görsənir.
Bu müdrik sahilin əlaqəsi var
İnsanlığın qadın başlanğıcıyla,
Üyüdülmüş gümüşü buğdalardı
Sahilboyu səpələnən işıqlar.
Ətrafdakı qayaların çatları.
İlbəildi çoxalır bircə-bircə,
Yerin qədim layı kimi qabarır.
Onların da harayı, pıçıltısı
Şikayətə dönür hər dinləyəndə,
Və həsrətlə cilalanıb hamısı
Əsrlərdi köhnə ləpədöyəndə.
Mən taktika tərəfdarı deyiləm,
Sığınmaq da Yerə ağlımdan keçmir.
Kəhkəşandan baxsaq — fikirləşirəm —
Bura ordan daha aydın görsənir.
Bu müdrik sahilin əlaqəsi var
İnsanlığın qadın başlanğıcıyla,
Üyüdülmüş gümüşü buğdalardı
Sahilboyu səpələnən işıqlar.





