Məbəd xarabalığı gicitkan oylağıydı...

* * *

Məbəd xarabalığı gicitkan oylağıydı,
Dirsəyini dalardı, pıtrağa qarışırdı.
Böyüdüm anam məni Moskvaya yolladı,
“Eşitməyim içirsən!” — dönə-dönə tapşırdı.
Canlılar qışlağını xatırlayar, darıxar,
Mənsə elə əvvəldən belə insan deyildim.
Həm də hanı yastığım, o köhnə yol, cığırlar?
Dəyişib orda hər şey: dalğalar, ev, sevgilim.
Nəhayət bu sovokluq* — tikanlı sədləriylə
Tale girovluğundan xilas olmayıb hələ.
Fondakı kərənayın səsindən hər şey bəlli
Savaş xronikası, kasıblaşmış əhali...

Artıq yola salmayır kilsələrin zəngləri
Eşikdə toplanaraq səfərə çıxanları.
Nə vaxtdır qarğa-quzğun bürüyüb budaqları,
Günün əvvəli tutqun, sonu alaqaranlıq.
Nə bir zərrə, nə atom təbii gəlmir mənə,
Qarışdıq saxta ömrün dublikat günlərinə.


*Sovok (hərfi anlama: xəkəndaz) — həmçinin, Sovet İttifaqını, sovet xalqını və ümumilikdə sovet reallığını alçaldan bir ad. Məcazi mənada SSRİ dövrünə birbaşa aidiyyatı olmayan, lakin oxşar xüsusiyyətlərə malik olan şəxs və ya hadisə.