Sükutun ölümünə ağı

Sükutu unutdum — o hansı dildə,
deyin də mənimlə deyib gülürdü?
Gah alman kəsmiyi alırdı süddən,
ovcunda tuturdu gah rus gülünü.

Guhud bıcağıydı yoxsa əlində
bərq vuran general düyməsi kimi?
Nitqin güzgüsüydü — deyin də — bəlkə,
bəlkə bu dünyadan köçüb gedirdi?

Evdən, fikirlərdən sıyrılıb çaya
üz tutdum, işığa axırdı durğun.
O sükut yatırdı bu qaranlıqda,
işıqlı örtüyü altında suyun.

Yaşıl böcək minib çapdım atəşə,
ram etdim buynuzlu çirkin varlığı...
Sükutu unutdum — o hansı dildə
deyin, danışırdı mənimlə axı?