Axmaq gündü. Yoxdu heç bir mənası...

* * *

Axmaq gündü. Yoxdu heç bir mənası,
yoxdu mənim üçün bir nişanəsi.
Casuslar mumlayıb yatıblar nədi?
Payız da qış kmi gəlibdi bu il,
hər şey yerlə birdi, hər yer elə bil
büzüşmüş meyvədi.

Payız da qış kmi gəlibdi bu il,
təkərlər hazırdı, asılıb zəncir.
Amma hara getsin — məsələ budu.
Elə bu kitabı aç bax yarıdan,
çelyuskinçi kimi durmuşam suda,
hər tərəf buzdu.

Çelyuskinçi kimi durmuşam suda,
əlimdə kəndirdən köhnə nərdivan,
o maymaq təbəssüm yenə üzümdə.
Bəlkə, vertolyotçu kəndiridi bu,
bir mələk endirib bəlkə də o an,
təkan gözləyir?

Bəlkə, vertolyotçu kəndiridi bu,
yelpikdi yellədir, çəkir buludu.
Qabıq tək çatlayır buz ayaq altda,
buz qaya görünür yerdə quş kimi,
yuxuda can verir təkərlər altda.
Əldən buraxıram mən sakit halda,
axmağam, salıram kəndiri yerə...