Xəyallar aləminə düşürsən yuxunda sən... Belə bir “DVD”də...

* * *

Xəyallar aləminə düşürsən yuxunda sən... Belə bir “DVD”də
Sivuçya qayasında qədim bir mayak var ha, odur yuxuna gələn.
Bax elə o andaca qəribə bir musiqi qımıldanır içində...
Qızıl balıq buxtası indi yuxuna girir. Gəmini də görürsən.
İlham pərin ağlayır, xatırlayıb birlikdə dənizə baxdığını,
Qış idi. Sıxılırdın. O çiyninə atdığın nə isti bürüncəkdi.
Qırmızı şəfəq gəlib keçir süvarilərtək. Görür darıxdığını...
Yuxuda tamam başqa aləmə düşürsən sən. Elə bil ki, gerçəkdi...
Harda gizlənəsən ki? Çox dərin yaşamısan axı sən həyatını,
Xəyal kimi qarışıq... bir az nəfəs almısan, bir az mızıldanmısan.
Yuxu da belə olur. Sərçələrin, bayquşun, bambuk ağaclarının,
Sualtı bədheybətin, vampirin aləminə bax beləcə dalırsan.
Adalar, adacıqlar, mayaklar — bütün bunlar Tanrı işarəsidir,
Öləndən sonra bəlkə, mən dənizə qarışdım — lap Oxot dənizinə —
Coşub daşan dənizdə kim olardım mən görən, bunu axı kim bilir,
Yırtıcıya dönərdim, bəlkə, bir suitiyə, ya dəniz pişiyinə?