Doğma dilim, nolar məndən kənar dur...

* * *

Doğma dilim, nolar məndən kənar dur,
tez uzaqlaş, yaxın durma, naçaram.
İndi sənin alovun çox qorxudur,
indi sənin alovuna düçaram.

Ölüxana sobasında elə bil
meyit qalxır uzandığı yerindən:
Atəşlərə büründükcə o dil-dil
“Nolub?” deyə nəğmə çıxır dilindən.