Bala kərtənkələ
Süngərləşmiş pətəyində ölü Qafqaz arısı,
sahil xətti buraların yuxu arteriyası.
Parıldayıb bic-bic gözlər qədim təbəssümüylə
vurnuxaraq qayalıqda yuvarlanır dəliyə.
Mağarada kvars daşlar məmə kimi qabarmış,
lay daşlar da halva kimi xırda-xırda ovulmuş.
Xatırladır gələcəyi qabarlı kərtənkələ:
gün gələcək səpiləcək kol-kos bu dərələrə.
Gün gələcək bədənində əzələlər donacaq,
o yırtıcı pəncələri saf dalğalar yuyacaq.