Psıroxa
Saat zəng çalmamış oyandım, gözüyumulu uzanmışam. Timofeiç gecəyarısınacan futbola qulaq asıb, “şlyapa”nı söndürməyi unudub. Olan şeydir, çünki onsuz da gecəyarısı, himn oxunandan dərhal sonra reproduktorun səsi kəsilir. Amma tranzistorun dalğasını dəyişə-dəyişə səhərəcən yad, əndrabadi musiqiyə qulaq asmaq olar. Başaşkin ayamalı Yura Baturin belə musiqini “caz” adlandırır. Bundan başqa, dalgaları çevirib, burnunun altında danışan əcnəbilərin, hətta çinlilərin pişik xorultusuna bənzəyən gülməli mırtıltılarını da tutmaq olur.
Səhər də himnlə açılır. Əvvəlcə belə rəvan çıqqıltı eşidilir, sanki patefona çatlamış val qoyublar. Sonra dərzlərin arasına düşmüş topa bənzəyən gerbimiz və SSRİ kimi ritmik adı olan ölkənin hmnnin coşqun motivi otağı doldurur. Yayda Volqa sahillərində kolxozçuların sahədə unutduğu çovdar bağlamalarından qapı düzəldir, kənd uşaqlarıyla futbol oynayırdıq. Bir dəfə top çaya düşüb axmağa başladı. Yalnız vintləri bərkdən uğuldayan böyük, ağ gəmi keçəndə, su vurub topu sahilə çıxardı.
Qaranlıqda uzanıb, himnə qulaq asıram. Musiqi coşur, həşəmətli dalğalar səni çulğayır. Elə bil, dörd göyərtəli “Valeri Çkalov” gəmisi keçib gedir yanından. Şura Kazakova haqqında düşünürəm. Bu gün dərsə gəlməlidir: neçə aydır onu “meşə məktəbi”ndə müalicədəydi. Ciyərlərində nəsə var. Dərslərdən sonra bunu mənə Olqa Vladimirovna dedi və qəribə nəzərlərlə üzümə zilləndi. Şura ilə bütün ili bir partada oturmuşduq, ona görə, onu aparanda elə darıxdım ki, düz bir həftə dərsə getmədim. Dedim ki, başım hərlənir, gözümün qabağında milçəklər qaynaşır, nənəmin dediyi kimi.
— Qara milçəklər? — təcili çağrılmış sahə həkimi Skornyakova dəqiqləşdirmək istədi.
— Ağ milçəklər, — hər ehtimala qarşı yalan danışdım: hindu başçı Tənha Bizon qar dənəciklərini belə adlandırırmış.
— Qəribədir, — qadın seyrək bığını sığalladı. — Analiz vermək lazımdır. yeməyinə fikir verməlisən! Bu nədir, belə iş olar? Qabırğaların görünür! Balıq yağı — dərhal!
Ayağımı sındırsaydım, bundan yaxşıydı! Atamla anam, əlbəttə ki, o dəqiqə inandılar mənə, Anya nənəm isə hətta sevindi: “Gördünüz! Sizə çoxdan deyirdim: qan azlığı var uşağın. Görün nə hala düşüb!” Doğrusu, əl-ayağa düşməyə dəyməzdi: ikinci mərtəbədə yaşayan yükçü Şutov məndən də betər gündəydi. Qonşular onunla yataqxananın həyətində vidalaşarkən, uşaqları tabuta yaxın buraxmadılar, amma mən adamların arasından onun cansız, əyilmiş sifətini gördüm. Şutovun sifəti göyümsov-boz rəngə çalırdı, mənim köhnə sviterim kimi. Bir-birinin üstünə qoyulmuş əllərini də gördüm. O bu əllərlə özünə qəsd etmişdi. Dəhşət!
Həkimin dediklərini eşidən Lida, balıq yağı və görünüşündən şokoladı xatırladan hematogen almaq üçün, dərhal aptekə qaçdı. Yolüstü Bakuninski küçəsindəki qastronoma dəyib, bir qədər kürü və yüz qram uzunburun balıqdan aldı. Balıq qurutma kağızı kimi nazik-nazik doğranmışdı. Niyəsə ona elə gəlirdi ki, xəstə uşaqlar konfet, “Kartoşka” piroqu, nə bilim, mənim çox xoşladığım “Lesnaya bıl” vaflisi yox, məhz kürü və uzunburun balıq yeməlidir. Nə isə, yeməkdən böyüklərin başı çıxmır.
...Qəfil musiqi səsindən oyanan atam bərkdən söyüş söyür. Yataqxanamızda onu “Timofeiç” deyə çağırırlar. O, cırıldayan çarpayıda oturub, əlhavasına tranzistoru söndürmək istəyir. Sonra başa düşür ki, səs “şlyapa”dan gəlir. Nəhayət zilə qalxan musiqi birdən-birə kəsilir.
Yura dayı (yeri gəlmişkən, mənə onun adını qoyublar) deyir ki, əvvəllər himndə Stalini vəsf eləyən sözlər varmış, onu xorla oxuyurmuşlar, sonra qarğıdalı Xruş köhnə kupletləri ləğv edib, yerinə isə heç nə qoymayıb. İndi himndən yalnız melodiya qalıb. Başına əzik-üzük şlyapa qoyan, ziyilli qocanı — sallanan gen pencəyinin yaxasından üç qəhrəmanlaq ulduzu asılmış Xruşşovun özünü keçən il, volyuntarizmə və “Kuzyanın anası”na* görə işdən çıxardılar. O, bütün taxılı Kubaya göndərmişdi deyə, məni çörək dükanında növbə tutmağa yollayırdılar. Böyüklər bazar günləri süfrə arxasında bu xəbərlərdən danışarkən, adəti üzrə, səslərini aşağı salırdılar. Siyasətdən və yəhudilərdən danışanda həmişə belə eləyirdilər. Başaşkin mənə izah eləmişdi: əvvəllər rəhbərlər barədə artıq-əskik danışanları dustaqxanaya salırmışlar, düzdür, indi həbs eləmirlər, amma hələ qorxu insanların canından çıxmayıb.
...Timofeiç hıqqana-hıqqana qalxır, kömür hasilatı və “zənginləşdirici kombinatda üçüncü növbə” barədə səhər xəbərlərini oxuyan diktorun sözünü yarıda kəsir. Çörək dükanının qarşısı canlanır xəyalımda: burada bir yox, üç növbə dayanıb. Atam axşam küncdə, hündürdən asılmış, qara şlyapaya oxşayan reproduktora deyil, tranzistora qulaq assaydı, indi zavallı Şutov kimi taburetin üstünə qalxmalı olmazdı. Amma Timofeiç Lidanı dərdə salmaq istəmirdi.
Yeri gəlmişkən, bu yaxınlarda işdə İyirmi üç fevral münasibətilə ona kiçik bir “Sokol” radioqəbuledicisi hədiyyə etmişdilər. Onu, ətrafdakıları narahat etmədən, qızdırıcı kimi qulağa tutub dinləmək olurdu. Lida hirslidir: “şlyapa” pulsuz işləyir, “Sokol” üçünsə vaxtaşırı qırx qəpik verib, “Krona” batareyası almalısan. Amma xəsisliyindən belə eləmir, sadəcə tranzistoru atama həmkarlar birliyinin sədrinin verdiyinə inanmır, planlama şöbəsinin işçisi Tamara Səidovnadan şübhələnir. Amma Timofeiç and-aman eləyir, “kommunist şərəfi”ndən dəm vurur, Lidanın da, bir Sov.İKP üzvü kimi, ona inanmaqdan başqa əlacı qalmır.
— Oy, bu nədir belə? — o, yumşaq, işvəli səslə soruşur.
— Lazım deyil! — qadın hirslə pıçıldayır. — Əlini çək! Qoy yataq!
— Onsuz da yarım saat sonra qalxacağıq.
— Eləmə, deyirəm! Professor yəqin oyanıb artıq...
— İstəyirsən, yoxlayım? Mən bilirəm, özünü nə vaxt yuxuluğa vurur.
— İstəmirəm! Sən get Tamaranın tranzistorunu dinlə!
— Yenə başladı də! Mən deyirəm dəmdən dəmə, bu deyir damdan dama.
Atam özündən çıxır, cırıldayan cəld hərəkətlə çarpayıdan qalxır. Toranlıqda ağ köynəyi sanki öz-özünə hərəkət eləyir, Görünməz Adama oxşayır atam. Bu kitabı nənəm Yelizaveta Mixaylovna ilə birgə oxumuşduq. Onda Baturingilə qonaq getmişdim, darısqallıqdan axşamlar yerimi stolun altında salırdılar. Kitabı oxuyub qurtarandan sonra bir neçə gün xəyal qurdum: gözə görünmədən yataqxanada necə dolaşacağam, otaqları necə gəzəcəyəm...
Açığı, yataqxanada kiməsə qonaq getmək üçün dəvət-filan gözləməyə ehtiyac yoxdu. Şam yeməyi zamanı hansı otağa gəlsən, dərhal səni süfrəyə dəvət edəcəklər, ətli vermişelə və ya kartof qızartmasına qonaq eləyəcəklər, sən yeməyi gözünə təpərkən (halbuki evdə həmin yeməkdən bezmisən), dərslərin-filan barədə suallar verəcəklər. Dördüncü sinif şagirdindən başqa nə soruşmaq olar?
Bizim Alekseyevnaya, dodaqları bənövşəyi rəngə çalan solğun bənizli qarıya baş çəksən, mütləq, bəlkə də yüzüncü dəfə, üzərində çar venzeli olan fincanı sənə göstərəcək. Bu fincanı ona 1913-cü ildə Xodınkada hədiyyə ediblər. Onun otağından həmişə pişikotu qoxusu gəlir, Qaraçı adlı qara pişiyi meymun kimi pərdəyə dırmaşır.
Heç vaxt qonaq getmədiyim qonşularımız da var, məsələn, Komkovlar. Onlar, ümumiyyətlə, heç kəsi evə buraxmırlar, elə özləri də az-az çıxırlar otaqdan. Yaşlı Komkov hərdən günəşlənmək üçün həyətə çıxır. Bu zaman onun əynində pambıq şalvar və döş nahiyəsində cibləri olan qəribə boz kitel olur. O heç vaxt gedib, həyətdə domino oynayan kişilərin yanında oturmur. Qonşular öz aralarında onu “ziyankar” adlandırır. Kimi deyir, on il həbsdə yatıb, kimi deyir, meşə qırıb, nə bilim, əlini ağdan qaraya vurmayıb. Bir sözlə, nə işlə məşğul olub, bilinmir. Böyük Komkovlar ailəsi öz dəhlizi və əlüzyuyanı olan iki otaqlı mənzildə qalır. Tez-tez oradan ətrafa ağır, xoşagəlməz qoxular yayılır.
— Araq çəkirlər, — bir dəfə oturub, yemək yeyərkən Başaşkin bəyan elədi.
— Yaxşı cecə arağının yerinə heç nə vermir, — Yura dayının arvadı Valya xala sözə qarışdı.
— Nə danışırsan! — Lida təəccüblə bacısının üzünə dikildi. — Belə şey olar? Düz deyirsən: bu günlərdə Komçixanın əlində bir kisə şəkər və maya görmüşdüm, — bu dəfə atamın üzünə zilləndi.
— Milis hara baxır? — atam gözlərini qaçırtdı.
— Günaha batma, Lida, belə eləmə! — Manya nənə sakit səslə dedi. — Onları mühakimə edəcəklər, amma eybi sənə gələcək, qızım!
Nəyə görəsə nənəm kimi mən də, — əlbəttə, yalnız xəyalən, — anamı öz adıyla çağırıram: Lida. O böyüyüb, ərə gedib, Saşkayla məni dünyaya gətirsə də, öz içində balaca qız olaraq qalır. Təxliyə zamanı qatara minə bilməyincə, stansiyada hönkür-hönkür ağlayan qızcığaz kimi.
...Yox, Görünməz Adam olub Komkovgilin mənzilinə soxulmaq fikrində deyildim. Baxmayaraq ki, pioner şübhəli şeylər gördükdə polisə xəbər verməlidir. Öyrənməli başqa yerlər də var... Ötən yay Vovka Lemeşev mərc gəlib, kiçik pəncərədən qızların hamamına girmişdi. Bir həngamə qopdu ki, gəl görəsən. Çünki, sən demə, bizim pioner dəstə rəhbərimiz Zoya da orada çimirmiş. Məlum olur ki, onun paçasının arasında başından çox tük var. Vovkanın dili dinc durmadı, hər şeyi uşaqlara danışdı. Nəticədə, az qala, pioner düşərgəsindən qovulacaqdı...
Timofeiç səs-küylə pəncərəyə yaxınlaşır, dizini mərmər altlığa qoyub, nəfəsliyi açır; kibrit yandırıb ovcunun içində tutur ki, külək söndürməsin. Bu zaman əlləri nənəmin qırmızı abajurla lampasını xatırladır. Timofeiçin qıvrım saçları, çatılmış qalın qaşları, tüklü üzü sarı işıqda aydın görünür. Papirosu sümürdükcə ovurdları batır.
Ehtiyatla başımı yorğanın altından çıxarıb baxıram: elədir ki var — atam mənim akvariumumun yanında dayanıb, papirosunun külü suya düşür, balıqları zəhərləyir. Otağı “Belomor” qoxusu bürüyüb, amma nəfəslikdən sərin hava dolur içəriyə.
— Uşağı xəstələndirəcəksən! — Lida hirsini güclə boğur.
— Qoy öyrəşsin! Sabah-birigün əsgər gedəcək.
— Ört pəncərəni!
— Papirosumu çəkib örtəcəyəm. Yat də. Yatmaq istəmirdin?
Mart. Hələ gecələr soyuq olur. Anya nənənin dediyi kimi: “Mart gəldi, dərd gəldi”. Amma artıq hamı yazın gəlişinə hazırlaşır. Dalandarlar küçədə “Ləzzətli və sağlam qida haqqında kitab” qalınlığındakı buz qatını linglə sındırdılar. İri buz parçalarını piramida şəklində bir yerə topladılar. Amma hələ yük maşınlarında aparıb Yayzaya tökməyiblər. Biz “Dağların hökmdarı” oyununu oynayırıq. Məni dağın zirvəsindən aşağı yuvarladılar. Düz yolun ortasındakı gölməçəyə yıxıldım, Valya xalanın ad günümdə bağışladığı hörmə sviter yağlı palçığa bulaşdı. Dəhşət!
Əvvəlcə ləkəni asetonla təmizləmək istədim. Asetonu mənə əlaltından keçmiş dənizçi, altınca otaqda yaşayan Qrişa vermişdi. Alınmadı. Atamla anam axşam növbəsinə gedənəcən gözlədim, sonra su qaynatdım, qara sabunun yarısını qaynar ləyəndə əridib, sviteri suya saldım. Nəticədə dümağ sviter ölü Şutov kimi qaramtıl-boz rəngə çalmağa başladı. Xalamın hədiyyəsinin suyunu sıxıb, divanın arasında gizlədim. Fikirləşdim ki, yenə əlimdən bir xəta çıxsa, hamısının cəzasını birdən çəkərəm.
— Niyə otaqdan rütubət qoxusu gəlir? — işdən qayıdan Lida soruşdu.
— Balıqların suyunu dəyişdim.
— Düz eləmisən, yoxsa keçən dəfəki kimi gəbərəcəklər!
— Hamısı külə görədir!
...Timofeiç akvariumumun lap yaxınlığında “Belomor” (bu papirosun iyinə azğın Volqa ağcaqanadları belə dözə bilmir) tüstülədir. Altdan-altdan mənə göz qoyur. Bunu hiss edirəm, qımıldanmıram.
— Professor yatır, — o, mənalı-mənalı Lidaya səslənir.
— Yox! — Lida qətiyyətlə bildirir.
“Professor” — mənim ayamalarımdan yalnız biridir. Atamla anamın dediyinə görə, hələ uşaq bağçasında məni belə çağırırlarmış. “Bu gün özünü necə aparıb?” — sualına tərbiyəçilər belə cavab verirmiş: “Çox yaxşı! O biri uşaqlar sakit dayanmaq bilmir, ora-bura qaçır, dəcəllik edirlər, bu isə professor kimi oturub fikirləşir. Uşaq deyil, möcüzədir, möcüzə!” Sonra bu ayama unuduldu, adımı “Tülüngü” qoydular. Daha sonra uzun müddət “Psıroxa” deyə çağırdılar məni. Hələ də bəzən belə çağırırlar. Hm, bu başqa əhvalatdır.
Lap çoxdan, mən birinci sinfi qurtaranda, Baturinlərlə birgə Yeni Afona, dənizə getmişdik. Yeri gəlmişkən, keçən il, oradan böyük bir balıqqulağı gətirmişəm. Şura Kazakovaya hədiyyə etmək üçün. Balıqqulağını öz əlimlə dənizin dibindən çıxardım, onu çıxarana qədər, az qala, boğulacaqdım. Sonra suda bişirilmiş rapanı qurdalayıb çıxardım, amma məftillə sürüşkən gövdəni yaxşı qarmaqlaya bilmədiyimdən, quyruğu balıqqulağının içində qaldı. Onu Moskvaya gətirənə qədər iy verməyə başladı, Komkovların mənzilindən də betər.
— Siçan ölüb, nədir? — Manya nənə oağı ələk-vələk elədi, amma batareyanın arxasına baxmaq ağlına gəlmədi.
Hədiyyəni xilas etmək məqsədilə Timofeiçin səkkiz martda Lidaya bağışladığı “Krasnaya Moskva” ətrindən istifadə etməyi qərara aldım. Nəticədə balıqqulağı daha pis iylənməyə başladı. Onu çardağa aparıb, köhnə qəzet dəstlərinin arasına qoydum. Qoy hava dəysin. Həmin vaxtlarda Şuranı “meşə məktəbi”nə yolladılar. Tezliklə hörmə flakonun yarımçıq olduğunu sezdilər. flakonu qotazlı qırmızı qutuda saxlayırdılar.
— Nə məsələdir?! Hanı ətir?! — Lida ağlamsındı.
Yalan danışmalı oldum. Dedim ki, barmağım yaralanmışdı, yod tapmadım, barmağımı ətirlə dezinfeksiya elədim. Məni başa düşdülər: Anya nənə uşaqlıqda qan zəhərlənməsindən az qala dünyasını dəyişəcəkmiş. Məni fərasətimə, zirəkliyimə görə təriflədilər də. Doğrudur, “Krasnaya Moskva”nın yarısını töküb, “dezinfeksiya etdiyim” yarama baxmağı unutdular.
— Afərin, Psıroxa, amma yadında qalsın: yod servantın gözündədir, valeryanın yanında. Başa düşdün?
— Başa düşdüm!
...Atam papiros çəkir, tüstünü nəfəslikdən çölə üfürür. Külünü isə, təbii ki, akvariuma tökür. Baxmayaraq ki, söz vermişdi! Küçə fənərinin işığında gümüşü rəngə çalan tüstü buğumları yavaş-yavaş havaya qarışır. Mənə elə gəlir, Timofeiç hələ də mənə göz qoyur: görsün yatmışam, yoxsa yox. Onun inandırmaq üçün xoruldamağa başlayıram, dodaqlarımı marçıldadıram.
— Akvariumun yanından aralan! — Lida civiltili səslə tələb edir. — Balıqlar gəbərəcək.
— Hamımz gəbərəcəyik.
— Psıroxaya söz vermişdin!
— Nə olsun? Sən də mənə söz vermişdin...
...Nə isə, biz Yeni Afona gedəndə, qatar hansısa stansiyada dayandı, bürkülü əllərində ərik vedrələri və böyürtkən torbaları tutmuş yerlilər səs-küylə açıq pəncərələrə sarı axışdı. Hay-küylü xalalardan biri hamıya hələ bu səhər vaqqıldayan qızardılmış ördək təklif edirdi. Sənişinlər ördəyi qoxlayır, onun söylədiklərinə inanmırdılar. Əriklərin də dadı Valya xalanın xoşuna gəlmədi. Amma qatar tərpənən kimi hamı əl-ayağa düşüb, yemək almağa başladı. Ördəyin üstündə dava düşdü. O vaxtlar əlifbanı yenicə öyrənmişdim deyə, gözümə dəyən bütün yazıları oxumağa çalışırdım. Odur ki, yanından ötüb-keçdiyimiz stansiyanın adını da oxudum, özü də hündürdən: “Psıroxa”.
Qəhqəhə səsləri vaqonu başına götürdü. Orada məzuniyyətə gedən bir adam vardı, satıcıdan iki qəpiyini götürməyə macal tapmadığından, qaşqabaqlı oturmuşdu. Hətta o da könülsüz gülümsədi. Əslində, o abxaz stansiyasının adı “Psırsxa” idi. Mənə, oxumuş adama baxmaq üçün digər vaqonlardan da adamlar gəlirdi. Beləcə adım “Psıroxa” oldu, bəlkə də həmişəlik.
Bir müddət əvvəl isə “deleqator” idim. Bir dəfə bazar günü zooparka getdik, pələnglərə, aslanlara, strauslara, fillərə baxdıq, sonra alliqator-timsahları axtarmağa başladıq. Tapdıq. Ürəklənib atamdan xahiş elədim, məni qucağına alsın, yırtıcını yaxşı görə bilim. Hamının görə biləcəyi yüksəkliyə qalxandan sonra isə, ucadan soruşdum: “Bəs hanı deleqator?!” Ətrafdakılar uğunub getdi. Həmin günlərdə ölkə növbəti qurultayı keçirməyə hazırlaşırdı. Radioda səhərdən axşama “Ucsuz-bucaqsız Sovet İttifaqının hər yerindən Moskvaya axışan deleqat”lardan danışılırdı. “Deleqat” və “alliqator” sözləri beynimdə necə “deleqator”a çevrilmişdi, bir Allah bilir. Amma bu söz hamının xoşuna gəlmişdi. Başaşkin bütün bunları orkestrdəki həmkarlarına danışmış, onlar da mənə salam göndərmişdilər. Amma “delaqator” ləqəbi mənə yapışmadı. Pioner düşərgəsində adımı “Şalyapin” qoymuşdular, iki dostumu isə “Lemeşev” və “Kozlovski” adlandırırdılar. Niyə? Bu, başqa söhbətin mövzusudur.
Son vaxtlar məni “Professor” adlandırmağa başlayıblar. Amma əvvəlki xətir-hörmətdən əsər-əlamət yoxdur. Bu yaxınlarda Başaşkinin qonşusu Sergey Dmitriyeviçin mənə bağışladığı markaları rəngli filtrləri olan yastı Çin fənərinə dəyişdim, indi yorğanın altında da oxuya bilirəm. Atam nəyə görəsə hirslənir, danlayır məni; sırağagün yorğanı üstümdən çəkib, fənəri əlimdən aldı.
— Yat!
— Yuxum gəlmir!
— Onda qoy biz yataq!
— Mən heç kəsə mane olmuram. Yorğanın altında oxuyuram.
— Boğulacaqsan!
— Boğulmaram.
— Mane olursan!
— Mane olmuram.
— Fənəri qaytar uşağa! Qoy bir az oxusun...
— Yox, qoymayacağam! Babası kimi gözlük taxacaq. Kor olsa, sən baxacaqsan ona? Hə, baxacaqsan?
— Kor olmaram! — qətiyyətlə bildirdim.
— Yat, deyirəm! Kitabı bura ver!
— Özün heç nə oxumursan, heç olmasa, qoy uşağın oxusun! — Lida müəmmalı sərtliklə məni dəstəklədi.
— İndi sizə göstərərəm oxumağın nə olduğunu! — Timofeiç birdən-birə səsini ucaltdı, tranzistoru yandırıb, xırıltılı efirdə idman verilişi axtarmağa başladı.
— Həmkarlar birliyinin sədri bağışladı, eləmi? — Lida özünü etinasız göstərmək üçün əsnədi.
— Yenə başladı! — atam hirsindən qıpqırmızı qızardı, “Belomor” qutusunu silkələyib, bir papiros götürdü və bu gün olduğu kimi, pəncərəyə sarı yönəldi.
Dəridən köynəyi olan adi “Sokol” radioqəbuledicisi, bilirsiniz, nələrə qadirdir! Zavallı Timofeiç fısıldaya-fısıldaya pariosunu çəkib qurtarır, kötüyünü nəfəslikdən çölə fırladır. Papiros kötüyü arxasınca iz buraxan güllə kimi zülmətin bağrına sancılır.
— Professor çoxdan yatıb... — o, fağır səslə anama bildirir. — Nə deyirsən?
— Olmaz! — Lida qətiyyətlə bildirir.
Atam dişlərin qıcırdadır, stullara ilişir, sürtgəci plastmas stəkana salır, toranlıqda ağaran dəsmalı götürüb çiyninə atır. Kandardan sərt səslə soruşur:
— Sənə növbə tutum?
— Yox, bu gün ixtisasartırmaya gedəcəyəm. Saat doqquzda. Hələ yatacağam...
— Yat, yat!
Qapını çırpıb, üzünü qırxmaq və yuyunmaq üçün mətbəxə keçir. Ayaqyoluna növbə yoxdursa, on dəqiqəyə qayıdacaq.
— Çanağı da apar, tök! — Lida onun arxasınca səslənir, köks ötürür, yerində qurcuxur.
Xəcalətdən yorğanı başıma çəkirəm, gözümü yumub Şura haqqında fikirləşirəm. Dərslər başlamamış gedib çardaqdan balıqqulağını götürmək, əgər iy-qoxusu çəkilibsə, elə bu gun “meşə məktəbi”ndən qayıtması münasibətilə ona hədiyyə etmək lazımdır. Bəs hələ də iy verirsə, onda necə? Onda ona ona mayonez bankasında şələquyruq bir quppi** bağışlamaq olar. Bu balıqlardan məndə çoxdur: diri balalayır, həm də tez çoxalırlar.
Qulağıma qəribə səslər gəlir, çevrilib baxıram: Lida gecə paltarında çarpayıda oturub; “Sokol” radioqəbuledicisini əlində tutub, ağlayır. İşlər pisdir! İndicə “Şipr” odekolonu qoxuyan Timofeç gələcək. Həmişəki kimi yanağındakı ülgüc yarasına qanlı qəzet parçası yapışdırılmış olacaq.
— Ağlayırsan? — soruşacaq.
— Bir o qalmışdı! — Lida cavab verəcək.
Yenə də planlama şöbəsinin işçisi Tamara Səidovnadan danışacaqlar, mütləq sözləri çəpləşəcək, atam çarpayının altından dəmir bəndləri olan fibra çamadanını çıxaracaq, bəyan edəcək ki, boğaza yığılıb, elə bu dəqiqə Çeşixaya, Anya nənəgilə çıxıb gedir. Deyinə-deyinə yeganə qalstukunu axtarmağa başlayacaq. Həmişə anamla ağızlaşanda qalstuku harasa yox olur, tapılmır.
— Çeşixaya gedəcəkmiş. Bilirəm hara gedirsən. Get, get!
— Yenə başlama!
Yox, buna yol vermək olmaz. Yenicə oyanmış kimi gərnəşirəm, əsnəyir, gözümü ovuşdururam. Lida dərhal gözlərini silir, ədyalı çiyninə salır:
— Yatıb doydun, Psıroxa?
— Hə...
— Dünən axşam mənə nə demək istəyirdin?
Dünən ona demək istəyirdim ki, siam balığı kürü tökəndən sonra öldü, quş bazarından yenisini almaq lazımdır. Bir sözlə, yeni siam balığı 50 qəpiyə başa gələcək: altı qəpik tramvay pulu, balıq — qırx qəpik, zoğal siropu ilə qazlı su — dörd qəpik. Amma ağzımdan tamam başqa sözlər çıxır.
— Məni danlamayacaqsan?
— Baxır nəyə görə? — Lida maraqla üzümə dikildi.
Qalxıb torşeri yandırdam — otaq zəhərli elektrik işığına qərq oldu. Anamın gözləri qızarıb. O, atamın qalstukunu xəlvətcə döşəyin altına qoyur. Üzümə kədərli çıxılmazlıq ifadəsi verməyə çalışaraq, fısıldaya-fısıldaya, divanın qapağını qaldırıram, korlanmış sviteri onun toz basmış çəhəngindən çıxarıram. Sviter hələ qurumayıb, orada qaldığı müddət ərzində yaşıla çalan maddəylə örtülüb.
— Bu nədir belə?
— Valya xalanın hədiyyəsi...
— Vay, vay! Atan öldürəcək səni!
Təbii ki, məni öldürüb eləyən olmayacaq. Uzağı döyüləcəyəm. Timofeiç qıvraq hərəkətlə kəmərini çıxaracaq, Kotovski qılıncını qınından sıyırırmış kimi; sonra məni divanın üstünə yıxıb, güya döyməyə başlayacaq, anam isə qolundan yapışıb yalvarmağa başlayacaq:
— Yaxşı, bəsdir, Miş! Hələ uşaqdır...
Böyük ehtimalla açıq dalıma hələ kəmər dəyməmiş, qaçıb aradan çıxa biləcəyəm. Deyəsən, Timofeiçin özü mənə şərait yaradır: kəməri yelləyir, amma işə salmağa tələsmir. Orada, həyətdə yeşiklərin arasında gizlənib fikirləşəcəyəm ki, görəsən, yaramazlıq eləyən qızları da döyürlərmi — məsələn, Şura Kazakovanı? Döysələr də, yəqin çox dərinə getmirlər. Yarım saat sonra evə qayıdacagam, çünki məktəbə hazırlaşmaq lazımdır. Ola bilsin, işə gecikmiş, kefikök atamla pilləkanda rastlaşacağam. O, barışıq əlaməti kimi, boynumun ardından yüngülcə şapalaq ilişdirəcək. Mən də küsüb, üzümü çevirəcəyəm və bir-iki gün yalnız öz balıqlarımla danışacağam. Əvəzində atamla anam küsüşməyəcək, heç kəs Çeşixaya getməyəcək.
Məni cəzalandırmazdan öncə, nə məsələdirsə, həmişə barışırlar...
*Rus dilində frazeoloji birləşmədir, təhdid mənasını bildirir. Tez-tez kiminsə ünvanına istehzalı təhdid kimi istifadə olunur. — Tərc.
** Balıq növüdür. — Tərc.