Balinanın nəslindən gələn
( Y. S . Rıtxeunun “ Balinalar gedəndə” povestinin motivləri əsasinda)
Dəniz səyyadı idim,
İndi balina ovçusuyam —
cəlladı olmuşam doğmalarımızın.
Balina olub əcdadım,
ulu nənəm — yer tanrıçası.
Necə evləniblər — dəqiq bilmirəm.
Düzünü qarılar bilər,
onlar söyləyərlər.
Elə ki insana çevrildi
balina-əcdadım,
Ovlamağa başladı morjları, suitiləri..
(Başqa cür sağ qalmazdıq! Nə etməliydik?)
Lakin dəniz qardaşlarına
o bircə dəfə də olsun harpununu tuşlamadı.
Oğullarına da əmr elədi:
balinalara, bizim mehriban doğmalara hörmətlə yanaşmağı.
Bütün bunlar olub — inanıram mən...
Lakin xalqımız acından öləndə,
Morjlar, suitilər uzağa gedəndə — onlara əlimiz yetməyəndə,
Öldürmək üçün
balinalar körfəzinə üz tuturduq,
Onların əzəldən yaşadıqları o yerə:
acından ölən qardaşlarını
Ətləri ilə doyuzdursunlar deyə.
Dəniz səyyadı idim,
İndi balina ovçusuyam —
cəlladı olmuşam doğmalarımızın.
Balina olub əcdadım,
ulu nənəm — yer tanrıçası.
Necə evləniblər — dəqiq bilmirəm.
Düzünü qarılar bilər,
onlar söyləyərlər.
Elə ki insana çevrildi
balina-əcdadım,
Ovlamağa başladı morjları, suitiləri..
(Başqa cür sağ qalmazdıq! Nə etməliydik?)
Lakin dəniz qardaşlarına
o bircə dəfə də olsun harpununu tuşlamadı.
Oğullarına da əmr elədi:
balinalara, bizim mehriban doğmalara hörmətlə yanaşmağı.
Bütün bunlar olub — inanıram mən...
Lakin xalqımız acından öləndə,
Morjlar, suitilər uzağa gedəndə — onlara əlimiz yetməyəndə,
Öldürmək üçün
balinalar körfəzinə üz tuturduq,
Onların əzəldən yaşadıqları o yerə:
acından ölən qardaşlarını
Ətləri ilə doyuzdursunlar deyə.





