Şəffaf insanlar var...

* * * Şəffaf insanlar var — İçindən bulud keçir, Səma da görünür, səmadakı mələk də, Diş qıcayan iblis də görünür bəzən. Belə olmaq istəmirəm. Şəffaf yox, öləri olmaq, Bu torpağın qaydalarıyla yaşamaq, Sakini olmaq istəyirəm bu yerin.