iyirmi birinci əsrin tənha analarının...
* * *
iyirmi birinci əsrin tənha analarının
böyütdüyü o süd qoxuyan cocuqları
həyat məcbur eləyir artıq kişi olsunlar
əldə qumbarayla
səngərdən qalxıb çıxsınlar
döyüşə atılsınlar
laqeyd tırtıl səsi altında
atəş nöqtəsini bağlasınlar
görürsənmi fərari ordusu qaçır
öz arxa cəbhəsini ayaqlayır
gizli təyinatı olan
və xüsusi pulemyotlarla silahlanmış
cəza dəstələrini əzir
iyirmi birinci əsrin tənha analarının
böyütdüyü o süd qoxuyan cocuqları
həyat məcbur eləyir artıq kişi olsunlar
əldə qumbarayla
səngərdən qalxıb çıxsınlar
döyüşə atılsınlar
laqeyd tırtıl səsi altında
atəş nöqtəsini bağlasınlar
görürsənmi fərari ordusu qaçır
öz arxa cəbhəsini ayaqlayır
gizli təyinatı olan
və xüsusi pulemyotlarla silahlanmış
cəza dəstələrini əzir





