Nolacaq, şeiri, qəzəli...

* * *

Nolacaq, şeiri, qəzəli
yazasan e, boş, məzəli,
eləcə gülməli, cəfəng,
qələtlə, ağ-qara, birəng.

Bozumtul naqis söz ilə
(elə hər şeyi söz elə!) —
elə bil xoşbəxt dəlinin
sözüdür, sən də göz elə!

Dəlibaş Xarmsa şübhəylə
çırpmadan şeiri şüşəyə —
yazasan, nurdu elə bil,
ya yeldir o axır dil-dil

və dəlir sanki şüadır,
qara buludu dağıdır,
sonra da qalxıb ozona
enir şəhərin tozuna.