Bütün bu şeylərin sonu bilinmir...
* * *
Bütün bu şeylərin sonu bilinmir.
Atam növbədədir, anam təkcənə.
Anam paltarları yuyur təknədə,
Sonra o təknədə məni çimdirir.
Son yoxdur, görünmür — nə son, nə axır?
Hələ gəncdi nənəm, özünə baxır,
Hələ gəncdi babam, sağlam, dəlisov,
Hələ Kremldədir yoldaş Xruşşov.
Hələ kosmosdadı o yazıq itlər —
Onlardan heç mənə bəhs etmədilər.
Biz bu cür işləri heç gözləmirdik,
Yekə qarnı varmış, onda bilmirdik,
Zamanın amansız pəncəsi varmış,
Ac gözü, qurd dişi, çənəsi varmış.
Nə vaxtsa susacaq zamanın səsi,
Buymuş mələklərin vədi, müjdəsi.
Bütün bu şeylərin sonu bilinmir.
Atam növbədədir, anam təkcənə.
Anam paltarları yuyur təknədə,
Sonra o təknədə məni çimdirir.
Son yoxdur, görünmür — nə son, nə axır?
Hələ gəncdi nənəm, özünə baxır,
Hələ gəncdi babam, sağlam, dəlisov,
Hələ Kremldədir yoldaş Xruşşov.
Hələ kosmosdadı o yazıq itlər —
Onlardan heç mənə bəhs etmədilər.
Biz bu cür işləri heç gözləmirdik,
Yekə qarnı varmış, onda bilmirdik,
Zamanın amansız pəncəsi varmış,
Ac gözü, qurd dişi, çənəsi varmış.
Nə vaxtsa susacaq zamanın səsi,
Buymuş mələklərin vədi, müjdəsi.




