Əski kitab şkafının yanında Klionu mədh

Ey daşı da üyüdən, müdrik İlham pərisi! —
O kəslər ki, kimsəylə ittifaqa girmədi,

o kəslər ki, vurnuxdu dörd tərəfə vəzirtək,
məğrur təkliklərinə həmişə müntəzirtək,

o kəslər ki, duymadı qayatək duranları,
sözsüz səhnətək daim durub, dayananları,

o kəslər ki, dünyanın üstünə yürüdülər, —
sonda bir rəf boyunca yan-yana düzüldülər.