Ayı-qardaş
Yuxuda qardaşımı görmüşəm.
Ölmüş qardaşımı görmüşəm yuxuda.
Meşədə azmışam,
tənha ovçuyam.
Çar-Ayını öldürməyə can atıram
və nəfəssiz bədəniylə
acları yedirtməyə.
Meşədə azmışam,
qardaşım çıxdı qarşıma —
meşənin ortasında — sanki diriydi.
Ardınca apardı məni
füsunkar bir alaçığa, Meşə ağasının yanına.
Məni görcək
üzünü mənə tutdu Meşə ağası:
— Yoxdur məndən üstünü,
bu cəngəlliklərin hakimi mənəm.
Bütün heyvanların əfəndisiyəm...
Cavab ver, onlardan hansını
Ovlamaq istəyirdin?
— Çar-Ayını, — dedim, — əfəndim.
–Yaxşı, qoy sən deyən olsun, — dedi
və qardaşıma əmr etdi:
— Geyin!
Qaçdı qardaşımın rəngi,
Fəqət başını tərpətdi, tabe oldu,
ayı dərisini geyindi.
Yox oldu qardaşım:
Yerində qüdrətli bir ayı,
peyda oldu və
dərhal çıxdı alaçıqdan,
Üz tutdu meşəyə, mənə sarı baxmadan.
Ayıldım yuxudan, indi sizə deyirəm, ey ovçular:
— Mən qadın kimi
Ocaq başında gün uzunu oturaram,
Amma bir də silahla meşəyə üz tutmaram.
Tələləri, yemləri unudacam,
qardaşlarımın qanını axıtmayacam...
Siz isə davam edin, ovçular,
Ət üçün öldürməyə,
yemək üçün həyatları söndürməyə.
Başqa cür mümkün deyil sağ qalmaq.
Ölmüş qardaşımı görmüşəm yuxuda.
Meşədə azmışam,
tənha ovçuyam.
Çar-Ayını öldürməyə can atıram
və nəfəssiz bədəniylə
acları yedirtməyə.
Meşədə azmışam,
qardaşım çıxdı qarşıma —
meşənin ortasında — sanki diriydi.
Ardınca apardı məni
füsunkar bir alaçığa, Meşə ağasının yanına.
Məni görcək
üzünü mənə tutdu Meşə ağası:
— Yoxdur məndən üstünü,
bu cəngəlliklərin hakimi mənəm.
Bütün heyvanların əfəndisiyəm...
Cavab ver, onlardan hansını
Ovlamaq istəyirdin?
— Çar-Ayını, — dedim, — əfəndim.
–Yaxşı, qoy sən deyən olsun, — dedi
və qardaşıma əmr etdi:
— Geyin!
Qaçdı qardaşımın rəngi,
Fəqət başını tərpətdi, tabe oldu,
ayı dərisini geyindi.
Yox oldu qardaşım:
Yerində qüdrətli bir ayı,
peyda oldu və
dərhal çıxdı alaçıqdan,
Üz tutdu meşəyə, mənə sarı baxmadan.
Ayıldım yuxudan, indi sizə deyirəm, ey ovçular:
— Mən qadın kimi
Ocaq başında gün uzunu oturaram,
Amma bir də silahla meşəyə üz tutmaram.
Tələləri, yemləri unudacam,
qardaşlarımın qanını axıtmayacam...
Siz isə davam edin, ovçular,
Ət üçün öldürməyə,
yemək üçün həyatları söndürməyə.
Başqa cür mümkün deyil sağ qalmaq.





