Kim deyir ki, şeiri sevirəm mən? Yalandı...
* * *
Kim deyir ki, şeiri sevirəm mən? Yalandı.
Zəndeyi-zəhləm gedir pisini oxuyanda.
Yaxşısı gəmilərə əl etməkdi, limandı.
Yağışdan gizlənməkdi heykəllərin yanında.
Necə də səs salırdı, əsrarəngiz pərdəsi
Uzaqları gizlədib qumda çala qazırdı.
Şöhrətə yaddı parlaq uzun misrası, səsi —
Şeir deyildisə də, o həyatı yazırdı.
Titrət qızılağacın tozlu yarpaqlarını,
Pinti odun qalağı üstdən addımla, damla!
Razıyam, çox çəkmişəm şairlərin adını,
Onların ən yaxşısı məncə, adi adamlar.
Yüzdən doxsan doqquzu gərək heç yazmayaydı,
Gərək bəyazlığını kağızın seçəydilər.
Ya kəndirə dırmanmaq, ya gəzinti yaz ağzı —
Günəş, yağış vannası, ya avar çəkəydilər.