Kleopatra

Xəzəl alar başına həyəti, tanrılara buhur yandıraram,
Səni də yanmış Misir kimi fəth edərəm, qışa qoymaram.

Yenə zarafatcıl tale budur, durmadan doldurur qutusunu,
Pompey gəmisini dəniz udur, Enobarba düzür qoşunu.

Donub qalmış kadrın dumanında, eşidirəm mən, Kleopatra,
Çirkin böhtanlarıyla adamlar necə çəkir ruhunu çarmıxa.

Nə haqqım var ki, inanım, ey ilham pərim, şeirimin kəlməsi
Oktavi gizlicə durub qapıda, son dövrün ən kamil fitnəsi.

Elə buludtək yastığım şişir, elə ovsunlayırsan məni,
Ölüm də sənin cildində gəlir, axı necə ayırd edim tələni?

Mənə uzadıb ovuclarını, heç kəsdə görmədən bir günah,
“Əcəl çatacaq, unudacaqsan, Antoni” deyə çəkirsən ah.

Qaşqabaqla baxırsan kartlara, qorxudan dolubdu gözlərin,
Qutuda gizlənib qalmış ilan çox yaxşı sezir gələcəyi.

Martın sonuncu daşqınlarında deyirəm qızılı zülmətə:
“Bu gün öləcəyəm, Kleopatra, amma görüşəcəyik daha bir dəfə!”

Dünyanın üstündən əsrlər uçdu, yad alovun parıltısında
Dirsəkləyib yatağa qolunu, hələ məni tanımamısan.

Sağam, eybi yox!.. İzləyir məni o ulduz yenə də səmadan...
Bir zaman Misiri aldğım kimi səni də bu gün alacağam!