Qanqal
Hər şeyi unutdum. Daha kor və karam.
Çaşqınam, narkozun sehrinə düşmüşəm.
Çin qızılgülünə vurulmuş qanqalam,
Həyətdə küncə qısılıb büzüşmüşəm.
Qürub şəfəqləri sönüb çayın üstə,
Ulayır bir bayquş hardasa bax yenə.
Nə vaxtsa kəsdiyim xoruz da bu dəmdə
Dəlitək hirslə gülür mənim üzümə.
Zəhəri uzadır mənə göbələklər,
Üstümə hücüm çəkir eşşəkarısı.
Çarpışır dəryazım elə bil fələklə,
Halıma acıyır gecənin yarısı.
Küləkdə ömrüm boyu dura bilərəm,
Yazıyla, əcəllə razıyam, biləsən.
İndi mən heç zaman daha ölmərəm,
İcazə vermərəm ki, sən də öləsən.
Çaşqınam, narkozun sehrinə düşmüşəm.
Çin qızılgülünə vurulmuş qanqalam,
Həyətdə küncə qısılıb büzüşmüşəm.
Qürub şəfəqləri sönüb çayın üstə,
Ulayır bir bayquş hardasa bax yenə.
Nə vaxtsa kəsdiyim xoruz da bu dəmdə
Dəlitək hirslə gülür mənim üzümə.
Zəhəri uzadır mənə göbələklər,
Üstümə hücüm çəkir eşşəkarısı.
Çarpışır dəryazım elə bil fələklə,
Halıma acıyır gecənin yarısı.
Küləkdə ömrüm boyu dura bilərəm,
Yazıyla, əcəllə razıyam, biləsən.
İndi mən heç zaman daha ölmərəm,
İcazə vermərəm ki, sən də öləsən.




