Xoş yuxu istəyirsən — o, kabusa çevrilir...

* * *

 Xoş yuxu istəyirsən — o, kabusa çevrilir,
Yağıya boylanmırsan — o, düz sənə zillənir.
Barmağınla sayırsan — beşlə beş uyğun gəlmir,
Şayiələr çin olur, xəyalında ruh gəzir.
Şər istəyi qovursan — özünü şirin salır,
Sən ovsunu qırırsan, dünya da ovsunlayır.

 Çox boylanıblar kirli güzgülərdən gecəyə,
Qulyabanı fəryadı belə gəlib ərsəyə,
Oxşarlar, kələkbazlar, goreşənlər, şeytanlar,
Ateist babasını gorundan çıxaranlar.
Sən cinləri qovursan — özün bacadan salır,
Sən ovsunu qırırsan, dünya da ovsunlayır.

 Yemək üçün sürüylə döyüşürlər adamlar,
Dərhal yuxulayırlar və bir də ayılmırlar.
Lap yanında təbil çal — vurnuxub üzülürlər,
Gur-gur guruldayırlar, amma yoxdur ki, təpər.
Sən qandalı açırsan — yenidən qıfıllanır,
Sən qırırsan, dünya da ovsunlayıb fırlanır.

 Lap elmlə başa sal, izah elə fərqini,
Üz-sima, ağac-meyvə, cisim nədi, ruh nədi?
Dəliklərdə, çatlarda — bax, dəhşət necə artır,
Ölmüş baba gizlicə camaata qarışır,
Cədvəl düzəlt, nizamla —yenə qalır müəmma,
Sən ovsunu qırırsan, ovsun qırılmır amma.