Variasiya
Vərdişkar gözlərlə
Pərdəli göylərdə
Xoşdur bir dəfə ən az
Quş olmaq, həm də quşbaz*.
Səhər alatorandan oyanıb seyrə dalmaq:
Görünsün qonşu damlar, çardaqdakı yuvalar;
Al pərdə arxasında tənha bir qadın da var,
Yuxarı pəncərədən həzin mahnılar axar,
Sözlü-səsli mənzərə Parisi xatırladar.
Kafelərdən bayıra daşınar masa, kətil.
Bu, ilboyu belədir, yəni yalandan deyil.
Kruasan və qəhvə — qiymət uyğun cibinə,
Yerli Mopassan üçün bundan gözəl nədi, nə?
Bizim sığırçın kimi bu uçan vaxtımızda,
Göz gəzdirib hamıya bu soyuqda, ayazda
o “Qırmızı kitab”a
salar bizi həyat da.
* Şeirdə ornitiloq (quşları öyrənən zooloq) nəzərdə tutulur.