Tatar dastanı

Dur, yatma, bahadır, İlya Kievski!
Çöl qanunlarına görə, yatanı öldürmək —
Adi cinayət deyil.
Odur ki, dur, bahadır!
Sadiq qılıncını itilə,
      başına keçir dəbilqəni.
Mən — çöl tatarıyam
      və səninlə vuruşacağam.
Qürubacan cəngi-cidal...
Ancaq ikimizdən biri üstün gəlməsə,
      qardaş olacağıq.
İki güclü... iki qardaş.