Şinel

Tufan qopdu Peterburqda nağıllardakı kimi,
Başmaçkinin qaranlıqda çıxartdım şinelini.

 Şinel yaxşı şinel idi, nəvələrə də bəsdi,
Amma onu alan kimi ürəyim məndən küsdü.

 Mən o məşum paltardaydım, yaxşıca yadımdadı,
İki qarı gəbərtmişdim, aldım Kistenyovkanı.

 Bu şinel qaranlığa, məni tələyə saldı,
Suda boğdum Mumunu, Katyanı zora saldım.

 Bu geyimdəydim, açığı, qana susayanda mən,
Çarın arvadı-uşağı getdi mənim gülləmdən.

 Odun da yarırdım onda, sevirdim baş kəsməyi,
Danışmağa da qorxuram, bacarmıram ölməyi.

 Nə qədər tonqal var hələ, edam kötükləri var,
İnanacaq yenə mənə oğrular, patriarxlar!

 Bu dünyada bilənmi var, kimdi kimin yerində,
Kremldə məni tapmazlar — oğurluq şinelimdə.