Dairələr
Göz altındakı torbalar — cəhənnəm həlqələri,
Körfəz də özü batıb saqqalımın içində.
Dünyada tək qalmışam, dostlar, rəfiqələrim
Suda həlqələr kimi qaranlıqda itiblər.
Vətənimin üstündə iyirmi illik zülmət var,
Hələ də tüstü kimi səmaya can atıram...
Daş-kəsəkli yoluma yaman qarmaq atdılar,
İlgəkdəyəm, ulduzum heç barışmır həyatla.
Müqəddəs yazılarda dualar da tükəndi,
Yorulub əldən düşdüm. Sobada dincəlirəm.
“Ölməkdən o qədər də qorxmuram” söyləyərdim,
Dəhşət elə “o qədər” sözündədi, bilirəm.