Axır uçurumlardan düz milyon ildi...
* * *
Axır uçurumlardan düz milyon ildi
işığı çoxdandı sönən ulduzun,
gözümün kökündə batıb, əriyir...
Neynək, bizdən əvvəl çox uzun-uzun
həm heyrət, həm dəhşət varıydı, şair.
Gecənin göz vuran işıqlarını
bütün odisseylər biliblər əzbər...
Amma bəzəməyir göyün tacını
ulduz ki, dipdiri görər nəvələr,
yetirər sonsuzun salamlarını.
Axır uçurumlardan düz milyon ildi
işığı çoxdandı sönən ulduzun,
gözümün kökündə batıb, əriyir...
Neynək, bizdən əvvəl çox uzun-uzun
həm heyrət, həm dəhşət varıydı, şair.
Gecənin göz vuran işıqlarını
bütün odisseylər biliblər əzbər...
Amma bəzəməyir göyün tacını
ulduz ki, dipdiri görər nəvələr,
yetirər sonsuzun salamlarını.





