Nə doğma, nə də yaxın — kimsə yoxdu ətrafda...

* * * Nə doğma, nə də yaxın — kimsə yoxdu ətrafda, Nəyə görəsə yalnız unutmuram dənizi. Ən parlaq ulduz yenə göydə parıldamaqda, Dalğaların qəsdinə dayanıb o birisi... Kimsə yoxdu ətrafda (zəhər də həkimdədi), Qaranlığın yoldaşı axşamdı elə bircə, “Bürüyübdü həyatı cərimələr... ödəndi?” Nəsə belə bir söhbət edirdi cadugər də. O kinonu deyirəm, baxanlar olub əlbət, Yaradan tərəfdəydi özü də orda ovçu. Kimsə yoxdu ətrafda — otaqda təkcə zülmət, Təkcə kölgə görünür — nə casusdu, nə oğru. O dünya və hələlik bizim olan bu dünya, Bizim olan bu dünya, bir də sehirli aləm. Hər şey bəlli olacaq ora düşdükdən sonra, Cəsursan, ya qorxaqsan, qəhrəmansan, ya... kimsən? Çıraqla gəzəcəksən, bəlkə də dostlar çoxdu. Yanımda heç kəs yoxdu, indi kimsəsizəm mən. Ulduzdan və içkidən başqa heç nəyim yoxdu- Nə acıdı, nə şirin — “Qızıl qeydlər”dəkindən — Gözə bir kimsə dəymir... hər hərfdə Yahve var, Ya da ki bu, aspiddir... cəmi dördcə həll yolu... Kastal vaxtasında mən nə qədər dayanacam? Gəl indi şeirləri ayırd elə — qarışıb. Moyranı harayladım (bezmişdi iplərindən), Bir də ki, Vermeyerin bizə qoyduğu qızı, (yəni anlayaq ki, biz...), hətta o birini də — yelpiyiylə küləyi dayandıran o Biri — Məzarlığın üstündə asılan bulud kimi — Balaca mələk kimi susmuşdu, gizlənmişdi. O diyarlarda hospis Qara körpünün altda Lal-dinməz qaranlıqla, zülmətlə qovuşurdu.