Göyüzü bulanıq, şıdırğı yağış...
* * *
Göyüzü bulanıq, şıdırğı yağış.
Əzizdir canına nur hopmuş hava.
Çətiri canına bürkünü yığmış
küskün küknarlarla, fikirli şamlar.
Əgər üzülərsə yerdən ayağım,
qalxaramsa göyə asta, şar kimi,
o vaxtı göylərə sovqatım, payım
bumbuz qüssə olar yerdə qar kimi.
Göyüzü bulanıq, şıdırğı yağış.
Əzizdir canına nur hopmuş hava.
Çətiri canına bürkünü yığmış
küskün küknarlarla, fikirli şamlar.
Əgər üzülərsə yerdən ayağım,
qalxaramsa göyə asta, şar kimi,
o vaxtı göylərə sovqatım, payım
bumbuz qüssə olar yerdə qar kimi.





