Nə vaxtsa, nə vaxtsa, biz bu dənizdə...

* * *

Nə vaxtsa, nə vaxtsa, biz bu dənizdə
çınqıla dönərik, ya da qayaya.
Dağlar da ucalar üzərimizdə —
alimlər ad tapar hayla-harayla.
Xəritə dəyişər (vəhşi buzlaq da
şimal enliyində əriməz, durar),
daş haqda hər dəfə biz oxuduqca,
bilərik o zaman, tam əksinədi.
Anlaya bilərəm yəqin mən onda
yuxuyla gerçəyin hanı sərhədi?
O özü qoyduğu aralıqlarda,
yazılarda mənə göstərər həddi.
Hər şey yavaş-yavaş faş olar, aşkar.
Yeni səyyahlar da tapılar yəqin,
köhnə köç yerinin bilinər yeri,
itmiş mənaların sirri açılar.