“Dalğaları qovlama”* demişdim onda sənə...
* * *
“Dalğaları qovlama”* demişdim onda sənə —
köhnəlsə də bu kəlmə, hamının yaddaşında,
o vaxtı məşhur idi hər kəsin öz dilində...
Hə, biz səni o vaxtı tək-tənha buraxmışdıq
o köhnə məzarlıqda, dünyanın o başında.
Qışın çıxmazlarında ulduz-ulduz cığırlar.
Dua şamları yenə ocaq kimi gur yanır.
Tabutun bənövşəyi, büzmələri qapqara.
Sərtləşib artıq alnın, elə bil bumbuz qaya.
Alnındakı çələngdə çiçəklər yalançıdır.
Ağciyər olmasam da parçalanır ürəyim,
Sənə sarı əyilib baxıram tabutuna.
Heç bir şeydən qorxma sən, mənim qəlbim titrəyir,
Nədənsə Anton kimi “Misüs!”** söyləyir dilim.
Qəbiristana gedirik, baxıram qaraltına.
Nə yuxular görürdük vaxt var idi biz birgə,
Baharın son günləri artırdı ziyarətlər
Moskvaya lap yaxın, kiçik, gözəl bir mülkə.
Hə, gözlərin eynidir, həminki hərarətlə...
Qışın bu oğlan çağı gözümü yumum bəlkə...
Nəfəs alıb verirəm, hiss edirəm ki, yox, yox,
Heç də hər şey duyulmur dövrəmizdə deyəsən,
Hərçənd, ruh da, vücud da vargəldədir yaman çox.
Yaş da o yaş deyil ki, yüz atasan, içəsən
Və dinə içindəki həmin sərhədsiz xaos.
Əzbərində tutardın bütün xatirələri...
Soyuq məzara dönür, hətta suyun buxarı.
Ayrılığın ən bariz mücəssəməsi kimi
Tərtəmiz əllərimi qaldırıram yuxarı.
Sənsiz bitmişəm, budur, təslim oluram indi.
* İki qurbağanın söhbəti ilə başlayıb “Dalğaları qovma” ifadəsi ilə bitən məşhur rus lətifəsinə işarədir.
** Məşhur rus yazıçısı Anton Çexovun “Yarımmərtəbə ev” povestinə işarə edilir. Əsərin qəhrəmanı ayrıldığı xanımını “Hardasan, Misüs?” deyə haraylayır. Ədəbiyyatşünasların fikrincə, “Misüs” obrazı Çexovun yaxın dostu Lidiya Mizinovanın prototipidir.