Evenklərin cənazə mərasimi

Ölülərin sübh dünyasında
     yatızdırın oğullarınızı.
Qoy bir başqa Günəş
     yusun onların donmuş sifətini.
Səssiz səhərin Günəşi
     yusun...

 Xalq beləcə yox olur.
     Ölür xalq. Cavanlar
Qocalardan tez gedir
     mavi diyarlara, başqa diyarlara...
Çünki yerin iynəyarpaqları
     artıq ağarıb, xəstədir.

 Ölülərin sübh dünyasında
     yatızdırın oğullarınızı.