Qara, islanmış barıt, nəmli benqal alovu...

* * *

Qara, islanmış barıt, nəmli benqal alovu,
mələkotu, ceyranotu, tərxun və yanmış kibrit.
Gün gələcək, ətrafda sən görəcəksən onu,
qəfil qara dəlikdən baxacaq sakit-sakit.

Əl-ayaq keyiyəcək, çıxacaqsan özündən,
deyəcəksən ki, məni, Tanrım, yanına apar.
Qırış-qırış torba var ürəyimin yerində —
çeynənmiş çirkli əski, partlamış qırmızı şar!