Qız məclisi
Katya fəxr eləyir ki,
nüfuzlu bir əri var,
imkanı, var-dövləti.
Lena fəxr eləyir ki,
uşağı tək böyüdür,
heç kimsəyə əl açmır.
Sveta fəxr eləyir ki,
əlində bir sənəti,
maaşı, şəraiti.
Tanya fəxr eləyir ki,
özünün mənzili var,
bəzəyi işıq saçır.
Nüfuzlu ər Katyanı atdı, aldı özgəni.
İllər keçir, Lenanın
daşa dönmüş qəlbini
görə bilmir bir kimsə.
Sveta yola getmədi, işdən çıxdı —
xalatda gəzir bütün günü-gecəni.
Tanya da öz evində təkdi, darıxır nəsə.
Hər il martın səkkizi toplaşırlar bu qızlar.
Katya tort və şirniyyat,
Lena pendir-servelat,
Əla növ şərab tapır Sveta, bir də siqar,
Tanya dəbli musiqi... süfrədə toyuq, salat.
Kimsə sözə başlayır. Deyir ki, bir zamanlar
Qədim Yunanıstanda belə bir ada olub,
orada yaşayıbdılar qadın amazonkalar,
kişilərdən uzaqda —
güllə məsafəsində,
fırtınada azanlar,
adaya üz tutanlar
ölüblər yerindəcə!
Bu əhvalat onlara cazibədar görünür,
qızların üzü gülür, yaman açılır kefi,
Söz açırlar durmadan yunan müdrikliyindən,
mahnılar dinləyirlər dünya estradasından.
Oxuyub-oynayırlar,
müzakirə edirlər gələn sonrakı nəsli,
Şirniyyat, buterbrod...
al dodaq boyasını hələ bir sildilər də.
Hələlik, sağ ol, Katya, —
nə gözəl görünürsən sən bu zəif işıqda!
Hələlik, sağ ol, Lena, —
hələ trolleybusa minməlisən, tez ol sən,
çöllükdən keçəcəksən ürkək-ürkək addımla!
Salamat qal Sveta —
əvvəl sağa və sola — sonra yürüyəcəksən
sürüşkən zülmət parkda!
Hələlik, sağ ol, Tanya, —
hələ qablar qalıbdı, yumalısan, yumalı,
sonadək yeyilməmiş şirin pirojnalarla!..
nüfuzlu bir əri var,
imkanı, var-dövləti.
Lena fəxr eləyir ki,
uşağı tək böyüdür,
heç kimsəyə əl açmır.
Sveta fəxr eləyir ki,
əlində bir sənəti,
maaşı, şəraiti.
Tanya fəxr eləyir ki,
özünün mənzili var,
bəzəyi işıq saçır.
Nüfuzlu ər Katyanı atdı, aldı özgəni.
İllər keçir, Lenanın
daşa dönmüş qəlbini
görə bilmir bir kimsə.
Sveta yola getmədi, işdən çıxdı —
xalatda gəzir bütün günü-gecəni.
Tanya da öz evində təkdi, darıxır nəsə.
Hər il martın səkkizi toplaşırlar bu qızlar.
Katya tort və şirniyyat,
Lena pendir-servelat,
Əla növ şərab tapır Sveta, bir də siqar,
Tanya dəbli musiqi... süfrədə toyuq, salat.
Kimsə sözə başlayır. Deyir ki, bir zamanlar
Qədim Yunanıstanda belə bir ada olub,
orada yaşayıbdılar qadın amazonkalar,
kişilərdən uzaqda —
güllə məsafəsində,
fırtınada azanlar,
adaya üz tutanlar
ölüblər yerindəcə!
Bu əhvalat onlara cazibədar görünür,
qızların üzü gülür, yaman açılır kefi,
Söz açırlar durmadan yunan müdrikliyindən,
mahnılar dinləyirlər dünya estradasından.
Oxuyub-oynayırlar,
müzakirə edirlər gələn sonrakı nəsli,
Şirniyyat, buterbrod...
al dodaq boyasını hələ bir sildilər də.
Hələlik, sağ ol, Katya, —
nə gözəl görünürsən sən bu zəif işıqda!
Hələlik, sağ ol, Lena, —
hələ trolleybusa minməlisən, tez ol sən,
çöllükdən keçəcəksən ürkək-ürkək addımla!
Salamat qal Sveta —
əvvəl sağa və sola — sonra yürüyəcəksən
sürüşkən zülmət parkda!
Hələlik, sağ ol, Tanya, —
hələ qablar qalıbdı, yumalısan, yumalı,
sonadək yeyilməmiş şirin pirojnalarla!..





