Bir rusam, yəni tənbələm...

* * *

Bir rusam, yəni tənbələm,
nə yazdımsa, yuxuda yazdım,
yazmadımsa, deməli, gördüm,
yadda saxladım, canlandırdım,
və bu da qalanların ən vacibidi,
yəni məndə qalanların.
Yazmağa gəlincə həmişə olduğu kimi
söz, şöhrətpərəstlik hissim və gücüm yetmədi,
bir də həvəs... nə qədər qəribə də olsa...