Ömrün qızılından ah-of edərək...

* * *

 Ömrün qızılından ah-of edərək
çuğunu bir güncdə danışır çörək,
boy atır lüt-üryan sünbüllər kimi —
kölgəsi iynədə durub, titrəyir,
qalayı toranı sübhün göz deşir —
fənanın havası, bu boz iqlimi.
Biz solğun dəhlizi aşıb, adlayıb,
keçmiş nəsilləri tapdalayırıq —
quruyub, bərkiyib torpaqda lay-lay.
Bələdçi ağlayır, qirir tramvay
qaranlıq keçidə, qay yağır bu may —
sonuncu məhsulun dadı ah və vay.

 Xışıltı səsiylə bütün nəğmələr
bu yetkin vətənin ruhuna hələ,
hələ səslənməyib, oxunmayıbdı —
nə vida nəşməsi, nə də fatihə —
dəryaza, dəryazı tutan əllərə...
Küncdə qumbaratək budur partlayır,
bizikmi əyləşən arxa vaqonda?
Bumbuz qəpik əldə, nizə baş üstə,
külək əskisini bizə sarıyır;
düz idi yolumuz — qardısa bu yaz,
görünür vərəqi cırlb katiblər
səma kitabından, diksinir dəryaz...