Maksim Zamşev
1972-ci ildə Moskvada anadan olub. Qnesinlər adına Musiqi Məktəbini, A. M. Qorki adına Ədəbiyyat İnstitutunu bitirib. “İndi üçün xiffət” (1999), “Ovucdakı zaman” (2003), “Patriarşadan Arbatacan” (2014), “Tövbə vaxtı” (2019) və başqa 7 şeir toplusunun, 5 romanın müəllifidir. Müasir Belarus, rumın və serb şairlərini rus dilinə tərcümə edib. Öz şeirləri müxtəlif dillərə, həmçinin, Azərbaycan, bolqar, yunan, makedon, rumın və serb dillərinə çevrilərək toplu halında çap olunub. Rusiya Yazıçılar İttifaqı Moskva şəhər təşkilatı İdarə Heyətinin sədri, Rusiya Jurnalistlər İttifaqının üzvüdür. II dərəcəli “Vətən qarşısında xidmət” ordeni, “İnformasiya və mətbuatın inkişafındakı xidmətlərinə görə” fərqlənmə nişanı ilə təltif olunub. “Sehrlənmiş qərib”, “Xalis kitab” ödüllərinə, “Lermontov”, “Fazil İskəndər” ədəbiyyat mükafatlarına layiq görülüb. RF Prezidenti yanında Vətəndaş Cəmiyyətinin İnkişafı və İnsan haqları Şurasının üzvü, Çeçenistan Respublikasının Əməkdar mədəniyyət işçisidir. “Literaturnaya qazeta”nın baş redaktorudur. Moskvada yaşayır.
Ədəbiyyatşünas, tənqidçi Yakov Qordin Zamşevin yaradıcılığı barədə belə yazırdı: “Zamşevin şeirlərini oxuyanda hamıya yaxşı tanış olan “lirik qəhrəman” terminini xatırlamaq lazımdır. Poeziyada müəllifi və qəhrəmanı ayırmaq zərurəti birincinin səmimiyyətini əsla sual altına qoymur. Bu poetik şüurun elə bir səciyyəsidir ki, müəllifin dünyaduyumu ilə özünüdərkinin real cizgiləri qaçılmaz şəkildə kəskinləşən zaman təzahür edir”.