Tramvay nə qədər körpüdə dursa...
* * *
Tramvay nə qədər körpüdə dursa,
Uçuşda nə qədər şahin qıy vursa,
Zirehi nə qədər tankın bərkdirsə,
Həyat hər nə qədər ömr etməkdirsə,
Qürublar nə qədər damdan axırsa,
Sevənlər nə qədər fala baxırsa,
Yadımda o qədər qalacaqsan sən,
Yadında o qədər qalacağam mən.
Tramvay nə qədər çıxmasa xətdən,
Xatırlar o qədər bizi sən və mən!
Tramvay nə qədər körpüdə dursa,
Uçuşda nə qədər şahin qıy vursa,
Zirehi nə qədər tankın bərkdirsə,
Həyat hər nə qədər ömr etməkdirsə,
Qürublar nə qədər damdan axırsa,
Sevənlər nə qədər fala baxırsa,
Yadımda o qədər qalacaqsan sən,
Yadında o qədər qalacağam mən.
Tramvay nə qədər çıxmasa xətdən,
Xatırlar o qədər bizi sən və mən!





