Qaynayır qazançada...

* * *

Qaynayır qazançada
körpə, əmlik bir quzu.
Yaşayışda var şəfa —
təsəlli də bax budu.

İlahi, nə gözəldi,
vaxtını ötürmədən
şorbaya elə indi
duz-istiot tökəsən.

Hökm sənindir, buyur,
de, rədd olum mətbəxdən—
səfalı fani suyu
içim axıracan mən.