Həyat neft lampasıtək yanır gömgöy alovla...
* * *
Həyat neft lampasıtək yanır gömgöy alovla.
Ölgün od tüstüsündən ağırlaşır bax hava.
Yorğun ana uzanıb, mələk taxır qanadı,
baxışlar rahat keçir, şüşənin ağzı laldı.
Gecə qarışıb itir, pişiktək arıq, sısqa,
qarğıdalı kökəsi soyuyur masadaca.
Kiçik məzarıstanda tək Allahın rəhmilə,
öləndən sonra yenə bədən olur sümüklər.