The Dark Side of Love*

Anıram sevgisini uzaq, çox uzaq günün,
bu, son, əbəs bəxşişdi onun xatirəsinə.
Bircə bu yadımdadı, ona sahiblənməkçün,
mən ölüb dirilirdim, əzab verirdi mənə.

Elə sahiblənmək ki, bədəni, fikri, hissi,
ürpənişi, zarısı məni cücərdə bilsin.
İliyimə işləsin baxışları, nəfəsi,
göyə ucalmaq olsun qucağıma düşməsi.

Nə varsa keçib getdi, bircə bu əzab qaldı,
əvəzində anladım ən acı həqiqəti —
çəkib əlindən bütün istiliyi, həyatı
alsam, qatil olardım, bu, qatı cinayətdi.

Belə sevgi imkansız, qorxunc, fəlakətli yük,
elə buna görədir, ürpənib məhəbbətdən
ayrılıqdan az əvvəl, bərk-bərk qucaqlaşarkən
kabusun pəncəsində bu qəmlə qəmlənirik.



* “Sevginin qaranlıq tərəfi” — məşhur ingilis mahnısının adı.