Görürəm, qaranlıq bir ağac yavaş-yavaş içimdən keçir...

* * *

Görürəm, qaranlıq bir ağac yavaş-yavaş içimdən keçir,
barmaqlarımın ucunda tərpənir nazik budaqları.
Bu mənzərə gerçəkdən o qədər güclüdür ki,
bədənimdən baş açmır ağır göz qapaqlarım.

İçimdə mamır bağlamış qatranlı, qocaman ağac var. Yerin qabığı
istənilən dəyişikliyə hazırdı, amma nədənsə biz yalnız
yaxında olanları görürük — həyətin bir hissəsini, yalqızıq,
bizdən xəlvət yaşayan əşyalar kimi — onları cansız sayırıq.

Bəlkə, yuxumuza girən hər şey böyüyüb çıxardı bayıra,
bəlkə sözlər də mövcuddur — heyvanlar kimi,
insanlar, ağaclar, quşlar, bir ovuc buğda kimi. Ayırar
onları kim? Bu yoxluq da seçimdi — gözlə imanın seçimi...