Bayquşla dost olmağı çox istədimsə də mən...
* * *
Bayquşla dost olmağı çox istədimsə də mən,
Onu niyə görmədim öz ömrümdə görəsən?
Şəhər burulğanından heç bir zaman çıxmadım,
Şam kimi ərisə də, yox olsa da yaddaşım,
O yapalaq şəkilli saat bax yadımdadı,
Uşaqkən otağımın divarından asmışdım.
Dost olmağa çalışdım nə vaxtsa siçanlara,
Silahsızdım, hələ bir qonaq getdim onlara.
Yoxuydu ev sahibi.
Nəfəsim də gəlmirdi inağın ağrısından,
Yatağıma atdılar bir gün oyuncaq siçan,
Gündəyməz yerində də varıydı gözəl fiti.
Zooparka yolumu tez-tez salsam da amma
Ev heyvanı görüncə dönürdüm müqəvvaya.
Sağsağan boğazını nədənsə hey yırtırdı,
Yay idi meşəlikdən ağaclar göz edirdi.
Qan artıran toz dərman... taxtaların həyatı...
Əşyalar ilə dostluq faydasızdı, vecsizdi.
Nə açıb ayıraram yorğun başı bədəndən,
Təkərləri tullaram bağa, yay gecəsinə.
Gündəyməzdən çıxarıb o gözəl fiti yenə
İstəyərəm siçanlar danışsınlar, gülsünlər,
Bayquşlar hərb mahnısı oxusunlar qoy mənə —
Bu saqqallı uşağa, bu ağılsız kişiyə.